Sumqayıt Ağır Cinayətlər Məhkəməsində rüşvət almada, vəzifə səlahiyyətlərini aşmada və vəzifə saxtakarlığında təqsirləndirilən Yaşar Qafarovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Yaşar Qafarov 2015-ci ildən həbs edilənə qədər Qusar rayon Kuzun bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində rüşvət qarşılığında torpaq sahəsindən xırdabuynuzlu heyvanların saxlanılması və otlaması üçün fermerə verib. Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Yaşar Qafarov eyni zamanda, bu il Qusar Rayon Məhkəməsinin hökmü ilə dələduzluq maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum olunub.