ABŞ Venesueladakı müxalifət liderini prezident kimi tanıdı 

 02-08-2024

ABŞ Venesuela müxalifət liderini prezident seçkilərinin qalibi kimi tanıyıb.

Ölkə.Az xəbər verir ki, ABŞ Dövlət Departamenti Venesuela müxalifətinin lideri Edmundo Qonzales Urrutianı “uğurlu seçki kampaniyasına görə” təbrik edərək seçkilərlə bağlı bəayanat yayıb. 

Bununla da Vaşinqton onu rəsmən prezident seçkilərinin qalibi kimi tanıyıb. Rəsmi Karakas isə Nikolas Maduronun üçüncü müddətə yenidən seçildiyini bəyan edib.

“Təəssüf ki, bu səslərin işlənməsi və nəticələrin Maduronun nəzarətində olan Milli Seçki Şurası tərəfindən elan edilməsi ciddi pozuntulara məruz qalıb və Venesuela xalqının iradəsini əks etdirməyən nəticələr elan edilib”, - Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

Bəyanatda həmçinin deyilir ki, ABŞ və Venesuela xalqı üçün ən çox səsin Edmundo Qonzales Urrutia olduğu aydındır. 

Vaşinqtonun fikrincə, Venesuela hakimiyyətin hörmətlə, sülh yolu ilə keçidini müzakirə etməyə başlamasının vaxtı çatıb.

Venesuela Milli Seçki Şurası iyulun 29-da prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduronun 51,2 faiz, Edmundo Qonzalesin isə 44 faiz topladığını açıqlayıb. 

Müxalifət "exit-poll" nəticələrinə istinad edərək 73% nəticə ilə Qonzalesin qələbəsini elan edib.

Venesuelada seçkilərin nəticələrinin açıqlanmasından sonra kütləvi etirazlar başlayıb. Etiraz aksiyaları ciddi qarşıdurmalarla müşahidə olunmaqdadır. 

Venesuelanın milli prokuroru Tarek Vilyam Saab ölkədə davam edən etirazlarda 80-dən çox əsgər və polisin yaralandığını bildirib.

Prokuror son günlərdə ölkədə baş verənləri vandalizm adlandırıb və vandalizm hərəkətlərinə yol verənlərin qanun qarşısında cavab verəcəyini bildirib.

 

Bənzər yazılar

0.061771869659424