2024-cü ilin yanvar-iyun aylarında “AFB Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Bank VTB Azərbaycan”, “Premium Bank”, “Yelo Bank”, “Ziraat Bank” mənfəət vergisi ödəməyiblər.
Valyuta.az bu barədə bankların maliyyə hesabatına istinadən xəbər verir.
Həmçinin, “Azərbaycan Beynəlxalq Bank”ı bu ilin hesabat dövründə 31 milyon 355 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,2 % azdır.
“Paşa Bank” 30 milyon 190 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,2 % çoxdur.
Bu ilin hesabat dövründə “Xalq Bank” 7 milyon 568 min manat mənfəət vergisi ödəyib ki, bu da 2023-cü ilin birinci yarısı ilə müqayisədə 44,2 % çoxdur.
“Bank Respublika”nın ödədiyi mənfəət vergisinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 44,2 % artaraq 6 milyon 229 min manat olub.
“Bank of Baku” 2024-cü ilin birinci rübündə 3 milyon 671 min manat mənfəət vergisi ödəyib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 43,6 % azdır.
Bununla yanaşı, bu ilin birinci yarısında “Unibank” mənfəət vergisi ödəyib. Lakin ötən ilin müvafiq dövründə mənfəət vergisi ödəməmişdi. Belə ki, bankın ödədiyi mənfəət vergisinin həcmi 1 milyon 545 min manat olub.
“Access Bank” da bu ilin hesabat dövründə mənfəət vergisi ödəyib, bankın ödədiyi mənfəət vergisinin həcmi 2 milyon 576 min manat olub.