“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü Yaxın Şərqdə vəziyyətin nizamlanması və Qəzza zolağında hərbi əməliyyatların dayandırılması cəhdlərinə mane olacaq”.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml qətli qətiyyətlə pisləyir: “Hesab edirik ki, bu cür hərəkətlər regionda sülhün bərqərar edilməsi cəhdlərinə qarşı yönəlib”.