SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək

 30-07-2024

İqtisadiyyat naziri, Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliyanın “Eni S.p.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüblər.

SOCAR-dan verilən məlumata görə, görüş çərçivəsində şirkətlər arasında enerji layihələri, enerji təhlükəsizliyi və səmərəliliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə, həmçinin qaz nəqli infrastrukturları və dayanıqlılıq sahələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər Azərbaycanda və “Eni S.p.A” şirkətinin əməliyyatlar həyata keçirildiyi ölkələrdə yeni və mövcud apstrim layihələrində sinerji və investisiya imkanlarını, həmçinin milli və beynəlxalq qaz nəqli infrastrukturları, eləcə də istixana qazı emissiyalarını azaldılması üzrə layihələr və texnologiyalar, enerji sənayesində davamlı inkişafı təşviq edən mümkün əməkdaşlıq sahələri ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.

Görüşdə Memorandumun şirkətlərin dekarbonizasiya strategiyalarına uyğun olduğu vurğulanıb və sənədin bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyi bildirilib.

SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcəkSOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək

Bənzər yazılar

0.060052871704102