Azərbaycan Mərkəzi Bankı (AMB) "City Finance", “Kəpəz” və “İnkişaf üçün Maliyyə” MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "City Finance"in vəzifəli şəxsi 1 500 manat, "Kəpəz"in vəzifəli şəxsi isə 6 000 manat cərimələnib.
Bundan başqa, AMB-nin apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddələrinə müvafiq olaraq AMB-nin təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə "İnkişaf üçün maliyyə" 20 min manat, onun vəzifəli şəxsi isə 2 min manat cərimələnib.