Şimali Koreya rəsmiləri liderləri Kim Çen Inın sağalması üçün xaricdə dərman axtarışına çıxıb.
Ölkə.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, onun piylənmə ilə bağlı sağlamlıq problemlərinin olduğu bildirilir.
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) rəsmiləri 2021-ci ildə əhəmiyyətli dərəcədə arıqlayan Kimin yenidən kökəlməyə başladığını və səhhətinin pisləşdiyini açıqlayıb.
Məlumata görə, Şimali Koreya lideri yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkir.
Hazırda çəkisi təxminən 140 kq olan Şimali Koreya liderinin bəzi xəstəliklər üçün yüksək risk qrupunda olduğunu iddia edilir.
Rəsmilər Şimali Koreyalıların Kim üçün xaricdən yüksək təzyiq və diabet üçün yeni dərmanlar almağa çalışdıqlarına dair kəşfiyyat məlumatı əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, 2011-ci ildə hakimiyyətə gələn Kimin atası və babası da ürək problemlərinə görə vəfat edib.