Bölgələrdəki hotellərin qiymət və keyfiyyəti ilə bağlı TƏKLİF

 29-07-2024

Azərbaycana gələn turistlərin 82,5%-i Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır.

Azərbaycana gələnlərin 5%-i sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici tursitlərin 3,9%-i Qəbələdə, 3,6%-i Naftalanda, 2,9%-i Qubada, 0,5%-i Şabranda, 1,6%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

"Ölkə.Az" xəbər verir ki, VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar:

"Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, bölgələr turizm potensialını hələ də tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiymətinin yüksək olması və keyfiyyətdə paytaxtdan geri qalması da xarici turist cəlbinə təsir göstərir". 

V. Bayramov qeyd edir ki, 2024-cü ilin birinci yarısında hotellərdə gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 35,8% artaraq 1 milyon 852 min olub: "Gecələmələrin ümumi sayının 66,5%-i Bakıda, 5,3%-i Qusarda, 4,4%-i Naftalanda, 3,9%-i Qubada, 3,6%-i Qəbələdə, 3,3%-i Şabranda, 2%-i Lənkəranda, 1,2%-i Xaçmazda, 1%-i Naxçıvan Muxtar Respublikasında və 8,8%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1% artaraq 1 miyon 81 min olub ki, bu da ümumi gecələmələrin 58,4%-ni təşkil edir. Gecələmələrin ümumi sayının 21,1%-i Hindistan, 14,6%-i, 7,8%-i Türkiyə, 6,6%-i Səudiyyə Ərəbistanı, 5,7%-i Birləşmiş Ərəb Əmirlikləri, 3,3%-i ABŞ, 2,8%-i Küveyt, 2,7%-i Qazaxıstan, 2,4%-i Böyük Britaniya, 2,2%-i Çin, 2,1%-i İsrail, 2,1%-i Özbəkistan, 2,1%-i Pakistan, 1,3%-i Almaniya, 1,1%-i İtaliya, 22,1%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb".

 

Bənzər yazılar

0.098854780197144