Yazıçı Əkrəm Əylisli: "Ermənilərlə azərbaycanlıların yaddaşlarındakı neqativi götürməyə çalışmaq lazımdır"

 02-09-2022

“Ermənilərlə azərbaycanlılar müxtəlif yaddaşlarla yaşayırlar, bu yaddaşlardakı neqativi götürməyə çalışmaq lazımdır”.

Bu sözləri yazıçı Əkrəm Əylisli Azadlıq Radiosu-na deyib. Yazıçı inanır ki, iki xalqın bir-biri ilə dil tapması, sülh şəraitində yaşaması mümkündür, yetər ki, hər iki tərəfi pozitivə yükləmək üçün işlər görülsün:

"İnanıram alınar, ona görə ki, xalqlar arasında belə münasibətlər birinci dəfə deyil baş verir. Az qala 100 il fransızlarla ingilislər yola getməyib, aralarında böyük münaqişələr olub. Amma indi necədir - İndi Parisdə bilet al, axşam get Londonda tamaşaya bax və ya Londonda bilet al, axşam get Parisdə restoranda yemək ye. Bizdə yaddaşda fərq var. Ermənilərlə azərbaycanlılar müxtəlif yaddaşlarla yaşayırlar, bu yaddaşlardakı neqativi götürməyə çalışmaq lazımdır".

Xatırladaq ki, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qalmaqallı "Daş yuxuları" romanına görə Əkrəm Əylislinin kitabları yandırılıb, Xalq yazıçısı adından məhrum edilib.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel avqustun 31-də Azərbaycan və Ermənistan liderləri ilə görüşdən sonra deyib ki, tərəflər sülh sazişinin mətni üzərində işləmək haqda razılığa gəliblər.

Bənzər yazılar

0.25481200218201