Xaricdən 442 manata gətirilən kondisionerlər mağazalarda 982 manata satılır

 25-07-2024
 

Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 143 min 353 ədəd kondisioner idxal olunub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kondisioner idxalı 61% artıb.

Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayında ölkəyə 89 min 15 ədəd kondisioner gətirilib.

Ölkəyə gətirilən kondisionerlərin sayı artsa da, onların gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) aşağı düşüb. Belə ki, 2023-cü ilin ilk 5 ayında idxal olunan bir ədəd kondisionerin orta gömrük dəyəri 487 manat (286,5 dollar) olubsa, bu ilin ilk 5 ayında bu məbləğ 442 manat (260 dollar) olub.

Məlumat üçün bildirək ki, xaricdən gətirilən kondisionerlər pərakəndə ticarət müəssisələrində gömrük dəyərindən 2 dəfədən çox baha satılır. Bu ilin iyun ayında mağazalarda satılan kondisionerlərin bir ədədinin orta qiyməti 982 manat olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə kondisionerin bir ədədinin orta satış qiyməti 965 manat olub.

Bənzər yazılar

0.05630087852478