Özünü 5-ci mərtəbədən atan qadının narkoman sevgilisi həbsxanadan ÇIXIBMIŞ - TƏFƏRRÜAT

 02-09-2022

Bakıda qadın özünü 5-ci mərtəbədən ataraq öldürüb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi, Qobu Park Yaşayış Kompleksində qeydə alınıb.

Orada yaşayan, 1976-cı il təvəllüdlü Dildar Orucova özünü 5-ci mərtəbədən ataraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksinin beşinci mərtəbəsindən özünü ataraq ölən Dildar Orucovayla bağlı yeni faktlar ortaya çıxıb.

Dildar Orucovanın qeyri-rəsmi münasibətdə olduğu şəxs olub və həmin şəxs dünən həbsxanadan çıxıb:

“Bina 7-də yaşayırdılar.  Əri ilə rəsmi nikahı yox idi. Oğlan narkomandır və buranın sakini deyil. Biz qadının intihar etdiyini düşünmürük. Çünki qadının üzərində paltar yox idi, bir insan çılpaq intihar eləməz. Düşünürük ki, əri ilə münaqişə yaşayıb”, - deyə mənbə bildirib.

Bənzər yazılar

0.14217615127563