Hindistan şirkəti Azərbaycanda böyük layihələrdən pay alır

 22-07-2024

Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə 60 milyon ABŞ dolları dəyərində saziş imzalayıb.

“Ölkə.Az” Reuters-ə istinadən xəbər verir ki, Hindistan şirkəti “Equinor”dan “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615% pay və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737% pay alacaq.

Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.

Qeyd edək ki, “ONGC Videsh” şirkəti AÇG layihəsində 2,31% və BTC boru kəmərində 2,36% paya malikdir.

Könül
Ölkə.Az

Bənzər yazılar

0.059823036193848