Atatürkə görə Yunan müğənni İzmirdən qovuldu - VİDEO

 20-07-2024

Türkiyədə bələdiyyə sədri yunan müğənnini qovub.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə yunan müğənninin konsertdən əvvəlki tələbi olub.

Belə ki, yunan müğənni Despina Vandinin İzmirin Çeşmə rayonunda verəcəyi konsertin səhnədəki türk bayrağı və Atatürk afişasının endirilməsini tələb etdiyi iddia edilib.

Tamaşaçı ilə dolu teatrda konsert verməyə hazırlaşan Despina Vandi səhnəyə çıxmayıb. 
Səhnəyə çıxan Çeşmə Bələdiyyə Başçısı Lal Dənizli Despina Vandinin səhnəyə çıxmaq istəmədiyini deyib:

“Çünki o, türk bayrağının və Atatürkün posterinin enməsini istəyirdi. Fikir verməyin, məncə o, hətta gözəl nəfəslərinizi yoracağınız insan deyil. Biz bu torpaqları qazanmaq üçün həddən artıq çox şəhid verdik və qardaşlığın, əbədi dostluğun hər zaman qalib gələcəyinə inanan insanlarıq.
Heç bir güc nə bayrağımızı, nə də Atatürkün posterini endirməyə cəhd edə bilməz. Bu barədə düşünə bilməz. Xanım dərhal bu şəhərin sərhədlərini tərk etməlidir. Sakit, dinc şəkildə. Amma ümid edirəm ki, bir daha getdiyi hansısa ölkədə o ölkənin qanla əldə edilmiş bayrağını, bir çox vətən övladlarının dəfn olunduğu və onun simvoluna çevirdiyi bayraqların ednirməyi ağlından belə keçirməz.Ümid edirəm ki, bu, onun üçün tarixi bir dərs olacaq”, - deyə o söyləyib.

Yunan müğənni səhnəyə çıxmadığı üçün İzmir marşı səsləndirilib.

Billurə Yunus

Bənzər yazılar

0.061559915542603