İyulun 18-də İmişli rayonunda 8 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.
"İmişli" QPS-dən qidalanan müxtəlif diametrli Bəhrəmtəpə daşıyıcı qaz xəttində növbədənkənar kipliyin sınağı aparılacaq.
Bununla əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonunun 7 kəndində - Bəhrəmtəpə, Rəsullu, Göbəktava, Şahverdili, Borçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4530 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.