Azərbaycan elektrik enerjisini hansı ölkələrə və neçəyə satır? – Siyahı

 16-07-2024

Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan xarici ölkələrə 904 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb.

Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

 - Türkiyə - 10,8 qəpik (420 milyon kVT/saat)
 - İran - 4,8 qəpik (14,2 milyon kVT/saat)
 - Gürcüstan - 8,6 qəpik (425 milyon kVT/saat)
 - Rusiya - 6 qəpik (44,9 milyon kVt/saat)


Məlumat üçün onu da bildirək ki, Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etdiyi kimi, həmin ölkələrdən elektrik enerjisi də idxal edib. Belə ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycan xarici ölkələrdən 73 milyon kVt/saat elektrik enerjisi idxal edib. Azərbaycan elektrik enerjisini 3 ölkədən – Gürcüstan, İran və Rusiyadan alıb.

Bu ölkələrdən alınan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

 - İran - 4,8 qəpik (13,6 milyon kVT/saat)
 - Gürcüstan – 11 qəpik (20,6 milyon kVT/saat)
 - Rusiya – 4,8 qəpik (38,9 milyon kVt/saat)


Elnur Əli

Bənzər yazılar

0.057934999465942