Bu ilin ilk 5 ayı ərzində xarici ölkələrdən Azərbaycana 33 min 982,4 ton “Aİ-95” markalı benzin idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 33 milyon 866 min dollar olub.
1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 76 sent və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə hesablandığı zaman 1,29 manata bərabər olur.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 71 sent və ya 1,21 manat olub.
Onu da qeyd edək ki, Azərbaycan bu il “Aİ-95” markalı benzini aşağıdakı ölkələrdən idxal edib:
Rusiya – 12 785 ton (1 litr – 1,21 manat)
Belarus – 9 939 ton (1 litr – 1,30 manat)
Yunanıstan – 6 585 ton (1 litr – 1,40 manat)
Bolqarıstan – 2 246 ton (1litr – 1,44 manat)
Rumıniya – 1 645 ton (1 litr – 1,37 manat)
Birləşmiş Ərəb Əmirlikləri 783 ton (1 litr – 1,16 manat)
Elnur Əli