"Şərur" MTK-da liftin qırılmasından sonra sakinlər yenidən narazılıq ETDİLƏR

 03-07-2024
 

"Şərur" MTK yaşayış kompleksində baş verən lift qəzasından sonra kompleksdəki bütün liftlərdə təmir işlərinə hazırlıqlar başlayıb.

Bu barədə Musavat.com-a məlumat verən sakinlər bildiriblər ki, kompleksdəki liftlərin texniki durumundan olduqca narahatdırlar.

Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gedib:

"Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. İki azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətini artırdı və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından hamımızın ayaqları sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik".

Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur:

"Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı "lift terroru" araşdırılsın və günahkarların cəzalandırılması təmin olunsun".

Belə ki, iyunun 13-də Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən kompleksdəki binalardan birinin lifti nasazlıq üzündən sürətlə aşağı meyillənib, şaxtanın özülünə çırpılıb, nəticədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, bir ailənin 8 üzvü çoxsaylı ağır dərəcəli, açıq, qəlpəli sınıq xəsarətləri alıb. Yaralılardan ikisi azyaşlı, üçü qadın, iki nəfəri isə kişidir. Dəhşətli qəzadan bir gün sonra qəza baş verən binadakı liftin qarşısına "4 nəfərdən artıq minmək olmaz" elanı yapışdırılıb.

Bənzər yazılar

0.11249208450317