Türkan qəsəbəsinin bitməyən problemləri: "Burada elə bil həyat dayanıb"

 10-04-2025

Xəzər rayonunun Türkan qəsəbəsinin sakinləri uzun illərdir su üzünə həsrət qalıblar.

Vətəndaşların sözlərinə görə, suyu uzaq məsafədən daşımalı olurlar. Problem təkcə bununla da bitmir. Qəsəbənin küçələrinin yolları da yararsız vəziyyətdədir, işıqlandırma isə yoxdur.

"Nə təcili yardım gəlib çıxır, nə də taksi sifariş edə bilirik. Burada elə bil həyat dayanıb. Bir ton suyu 5 manata alırıq. Belə olmaz, biz də insanıq", - deyə sakin narazılıq bildirib.

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.076076984405518