Ailəsinin 5 üzvünü qətlə yetirən Əhmədin hüquqi varisi təyin edildi

 04-07-2024

Ailəsinin 5 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hüquqi varisi təyin olunub. Amma bu, hələlik sirr kimi saxlanılır, prosesin sonunda açıqlanacaq.

Metbuat.az-ın məlumatına görə, bunu Əhməd Əhmədovun vəkili Sənan Hüseynov deyib.

O bildirib ki, növbəti məhkəmə prosesində zərərçəkmişin ifadəsi açıqlanacaq və hüquqi varislərinin dindirilməsi olacaq:

"Hüquqi varisin kim olacağı hələ sirr kimi qalır. Məhkəmənin sonunda bu barədə məlumat verəcəm. Ə.Əhmədov proses çərçivəsində özünü təqsirli bildi. İctimaiyyətdə ailənin mülk məsələsi ilə bağlə fikir formalaşıb. Artıq dərəcədə xahiş edirik ki mülk söhbətləri yazılmasın, ailə üzvlərinin özü də bu məsələdən dolayı çox əziyyət çəkir".

 

Bənzər yazılar

0.099973917007446