Siyavuş Novruzov namizəd ola bilməyəcəyi ilə bağlı məlumatı təkzib etdi 

 03-07-2024

VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək.

Bu barədə “Report.az” məlumat yayıb.

Bildirilib ki, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Faktı partiyadakı mənbə də mətbuat orqanına təsdiqləyib.

Siyavuş Novruzov növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəyi ilə bağlı məlumatı təkzib edib. Bu barədə o, Modern.az-a danışıb.

“Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.

Bənzər yazılar

0.10431814193726