Daha bir təyyarə turbulentə düşdü: Çox sayda yaralı var - VİDEO

 02-07-2024

İspaniyada yerləşən "Air Europa" şirkətinə məxsus sərnişin təyyarəsinin İspaniya-Uruqvay reysi zamanı turbulentliyə düşüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 30 sərnişin xəsarət alıb. 
Məlumata görə, hadisə zamanı təyyarədə 325 sərnişinin olub.

Səhiyyə rəsmiləri sərnişinlərin başlarından və üzlərindən xəsarət aldığını açıqlayıb.

Təyyarə Braziliyada məcburi eniş edib.

Qeyd edək ki, bu il mayın 20-də Sinqapura getmək üçün Londondan havaya qalxan Sinqapur Hava Yollarına məxsus sərnişin təyyarəsi Myanmar üzərində burulğanlı hava boşluğuna düşüb. Hadisə zamanı 104 sərnişin yaralanıb, 73 yaşlı Britaniya vətəndaşı isə ürək tutmasından dünyasını dəyişib.

Billurə

Bənzər yazılar

0.10914993286133