İnnovasiya və Rəqəmsal İnkişaf agentliyində yoxlama: işdən çıxarılanlar var

 01-07-2024

Dəfələrlə qeyd etmişdik ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” layihəsinin, yəni İT sahəsində kadrların hazırlanması prosesinin prinsipləri düzgün müəyyən edilməyib. Ölkədə İT kadrların hazırlanmasında bu layihənin xeyli əhəmiyyəti olsa da, onun təşkili və şəffaflığında ciddi problemlər vardı.

Tempinfo.az-ın xəbərinə görə, bu barədə danışan Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz qeyd edib ki, agentlikdə yoxlama aparılıb, adı çəkilən layihənin icrasında ciddi qüsurlar aşkarlanıb, vəzifələrindən azad edilənlər var.

“Ən ciddi problem də dövlət vəsaitinin, yəni təqaüdlərin müsabiqə əsasında vətəndaşlara deyil, birbaşa İT kurslara (şirkətlərə) verilməsiylə, seçim prosesləriylə bağlıydı. Normalda, beynəlxalq praktikada olduğu kimi kursları (şirkətləri) təqaüd alanların özləri seçməliydi, rəqabətli və şəffaf mühit formalaşmalıydı.

Xatırlayıram ki, bununla bağlı İRİA ilə ciddi müzakirələrimiz olmuşdu.

Amma təəssüf ki, uzun müddət bizdə tərsinə oldu, normal və şəffaf seçim proseduraları müəyyənləşmədi, özləri daxildə necə bilirlər elə də etdilər, pullar hansısa kurslara (şirkətlərə) verildi, bundan sonra da xeyli İT kursların yaradıldığı müşahidə olunurdu”, – o vurğulayıb.

Ekspertin sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi agentlikdə yoxlama aparıb, adı çəkilən layihənin icrasında ciddi qüsurlar aşkarlayıb, vəzifələrindən azad edilənlər var.

“Çox da dərinə getmirəm, yəqin, nazirlik bir açıqlama verər. Görünən odur ki, sektorun bir çox sahələrində müsbət dönüş yaradan RİNN üçün İRİA “zəif bənd” olaraq qalır”, – Osman Gündüz qeyd edib.

 

Bənzər yazılar

0.11998009681702