Rusiya məktəblilərinə sinifdə mobil telefon QADAĞAN EDİLİB

 01-09-2022

Rusiyada yeni sanitar qaydalar məktəblilərə sinifdə mobil telefondan istifadə etməyə icazə vermir, onlardan yalnız tənəffüs zamanı istifadə etmək olar.

Bu barədə Federasiyasının təhsil naziri Sergey Kravtsov bildirib.

O, belə qaydaların tətbiq edilməsini “mobil telefonların şagirdlərin diqqətini dərsdən yayındırmaması” ilə əsaslandırıb.

Rusiyalı nazir vurğulayıb ki, hər hansı fövqəladə hallar olarsa, valideynlərə zəng edilərək məlumat veriləcək.

Mənbə: İnterfaks

Bənzər yazılar

0.26417398452759