Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana xarici ölkələrdən 4 min 165 ədəd müxtəlif təyinatlı qaz sayğacları gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz sayğacının idxalı 6,3 dəfə artıb.
Qeyd edək ki, bu ilin ilk 4 ayında ölkəyə gətirilən bir ədəd qaz sayğacının orta gömrük dəyəri 101 dollar (172 manat) olub.
Azərbaycana qaz sayğacları aşağıdakı ölkələrdən gətirilib:
Almaniya – 2 058 ədəd (bir ədədinin orta gömrük dəyəri 136 manat)
Türkiyə – 1 924 ədəd (141 manat)
Slovakiya – 100 ədəd (660 manat)
Polşa – 43 ədəd (1 595 manat)
Niderland – 29 ədəd (1 006 manat)
İtaliya – 11 ədəd (85 manat)
Elnur Əli