Mərhum şəhzadə Diananın libasları və məktubları ABŞ-də baş tutan hərracda satılıb.
Axşam.az xəbər verir ki, kolleksiyaya 200-dən çox parça daxil olub. Əşyalar rekord qiymətə alıcılara təqdim olunub.
Hərracda 4 milyon sterlinq yığılıb.
Diananın 1987-ci ildə London və Almaniyada geyindiyi gecə paltar 910 min dollara satılıb.