Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətləri 70 manat müəyyən edilib

 30-06-2024

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan / Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında bildirilib.

Qərara əsasən, Bakı-Naxçıvan / Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti 70 manat müəyyən edilib.

Azərbaycan Hava Yolları QSC-dən APA-ya bildirilib ki, Bakı-Naxçıvan reysi üzrə biletlərin qiyməti dəyişməz qalıb.

Biletlərin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır.

Bənzər yazılar

0.10304403305054