Adı seçici siyahısına düşməyən şəxslər nə etməlidirlər?

 29-06-2024
 

"Adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçici varsa, o müraciət etsin. Biz məsələni operativ şəkildə qanun çərçivəsində həll edək".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, siyasi partiyaların seçkidə rolu geniş olacaq: "Növbədənkənar parlament seçkisi ilə əlaqədar işçi və ekspert qrupu yaradılıb. Siyasi partiyalarla MSK-nın əlaqəli şöbəsi var. Siyasi partiyalar maraq göstərsələr, biz onlara açığıq. Onlar üçün də yaddaş kitabçaları təqdim etmək lazımdır. İndiyə qədər bizə bununla bağlı hər hansı irad olmayıb".

Eyni zamanda növbədənkənar parlament seçkisində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.

Növbədənkənar parlament seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin təqvim planını təsdiq edilib.

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.

Həmçinin, növbədənkənar parlament seçkisi nəticələrinin yoxlanılması və yekun vurulması prosesinin nə zaman başa çatacağı məlum olub.

bu, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkisinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.

Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə günündən ən geci 20 gün sonra Milli Məclisə seçkinin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir.

Növbədənkənar parlament seçkisi ilə əlaqədar bu müddət sentyabrın 22-dək olan dövrü əhatə edir.

Seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində Mərkəzi Seçki Komissiyası seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkinin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bənzər yazılar

0.090023040771484