"Dəmiryolçular binası"nın sakinlərinin isti suyu kəsildi: Borc QALMAQALI

 25-06-2024

Bəzi sakinlərin ödəniş etməməsi səbəbindən 1 aydan artıqdır ki, binaya isti su verilmir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən "Dəmiryolçular binası"ndan gedir.

Sakinlər bildiriblər ki, binada 60 ailə yaşayır və onların əksəriyyəti illərdir isti su üçün kommunal xərci ödəməkdən imtina edir. Bu səbəbdən borcu olmayan sakinlər də isti su ilə təmin edilmirlər. Onların istəyi borcu olmayan ailələrə isti suyun verilməsidir.

Vətəndaşlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, bina sakinlərinin əksəriyyəti borcu ödəməkdən yayınır. Yalnız borcu olmayanlara isti su verilməsi isə texniki cəhətdən mümkün deyil.

İstixana xidməti ümumi fəaliyyət göstərir deyə, yenidən istifadəyə verilməsi üçün xərclər ödənilməlidir. Bunun üçün də sakinlərin heç olmasa yarısı ödənişi etməlidir.

Ətraflı süjetdə:

Bənzər yazılar

0.1226589679718