Azərbaycanda peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan üçün ödəniş müəyyən olunacaq.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, imtahanda iştirak ödənişli olacaq. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.