Şüvəlanda baş verən qətliamın detalları ÜZƏ ÇIXDI - VİDEO

 24-06-2024

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.

Qeyd edək ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir. Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir

Baku TV-nin hadisə yerindən hazırladığı reportajı təqdim edirik:

Bənzər yazılar

0.10583209991455