Rəfael Cəbrayılovun qardaşı ev dustaqlığına BURAXILIB

 31-08-2022

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun külli miqdarda dələduzluqda ittiham olunan qardaşı Elşən Cəbrayılov azadlığa buraxılıb.

APA.az  xəbər verir ki, cinayət əməlinə görə bir müddət əvvəl barəsində həbs qətimkan tədbiri seçilmiş Elşən Cəbrayılov zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib.

İstintaq orqanı buna görə, təqsirləndirilən şəxsin həbsinin davam etməsi ilə bağlı məhkəməyə təqdimat verməyib.
Elşən Cəbrayılov təcridxandan birbaşa azadlığa buraxılıb. Elşən Cəbrayılov barəsində cinayət işinə prokurorluq tərəfindən xitam verildiyi də bildirilib.

Onu da qeyd edək ki, Elşən Cəbrayılovun qardaşı Rafael Cəbrayılovun işi ilə bağlı da cinayət məsuliyyətinə cəlb olunması tələb olunur. Rafael Cəbrayılovun hüquqi varisi olan həyat yoldaşı və iş üzrə zərərçəkmiş şəxslər bununla bağlı məhkəməyə müraciət ediblər. Nərimanov Rayon Məhkəməsi isə şikayəti əsassız hesab edərək rədd edib.

Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq) maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

23.07.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, Elşən Cəbrayılov Nərimanov Rayon Polis İdarəsi tərəfindən həbs olunmuşdu. Onun Vətən müharibəsi iştirakçısı da daxil olmaqla bir neçə nəfərə qarşı dələduzluq etdiyi iddia olunub.

Elşən Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət əməli törətməkdə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

0.22215795516968