"Hacıların ilk qrupu iyun ayının 26-da Vətənə qayıdacaq".
Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
"Həcc prosesi bitmək üzrədir. Bu gün də Minadayıq. Zəvvarların bir hissəsi bu gün, böyük hissəsi isə sabah Minanı tərk edəcək. Mina Ərəfat Müzdəlifə çöllərində həcc ayinlərinin icrası bitir. Qalır, əsasən, zəvvarların nisa və vida təvafı. Hacıların ilk qrupu iyunun 26-da yola düşəcək. Son qrup isə iyulun 1-də vətənə qayıdacaq".
V.Cahangiri zəvvarların sağlamlıq durumundan da danışıb:
"Zəvvarların arasında cavanı da var, yaşlısı da. Minanın ilk günü xəstələr buraya gəlib bir az durublar. Onları hotelə göndərmişik. Sağlam olanlara da isti təsir edir. Yorulmalar olur. Lakin hər yerdə sərin su var və tibbi personal ayıq-sayıq çalışır. Elə ciddi xəstəlik yoxdur".