Beynəlxalq Bankın 87 milyon manatlıq səhmi satışa çıxarılır

 11-06-2024

Azərbaycanın ən böyük bankı hesab olunan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmləri Bakı Fond Birjasında (BFB) listinqə (hərraca) daxil edilib.

Yeniavaz.com xəbər verir ki, listinqə daxil edilən səhmlərin ümumi sayı 322 milyon ədəd olub.

Bir ədəd səhmin qiyməti 27 qəpik (0,27 azn) təşkil edir.

Məlumat üçün bildirək ki, ABB-nin açıqladığı sonuncu hesabatda göstərilir ki, bu ilin əvvəlində banka məxsus adi səhmlərin ümumi sayı 4 milyard 539 milyon 437 min ədəd olub və bir ədəd səhmin nominal dəyəri 27 qəpik təşkil edib.

Onu da qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə bank səhmlərinin 92,56%-i  Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC-yə, 3,4%-i isə digər səhmdarlara məxsus olub.

Elnur Əli

Bənzər yazılar

0.065313816070557