Bakının Xəzər rayonu, Binə qəsəbəsində yaşayan qadın dörd gündür itkin düşüb.
Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib.
Bildirilib ki, 1998-ci il təvəllüdlü İlahə Teymur qızı Muxtarova iyunun 7-də 05:45 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Yaxınlarının sözlərinə görə, İ.Muxtarova ailəlidir. Onun üç övladı var. Hətta övladlarından biri südəmərdir. Qayınata və qayınanası ilə birgə yaşayan İlahənin həyat yoldaşı isə Lənkəranda təhsil alır.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Ətraflı süjetdə:
Lerik rayonunda anadan olmuş, hazırda Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi sakini olan 1998-ci il təvəllüdlü İlahə Teymur qızı Muxtarova iyunun 7-də saat 5:45-də yaşadığı Südçülük sovxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, İ.Muxtarovanın əlamətləri bunlardır: boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngdədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.
Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, "102" Xidməti Zəng Mərkəzinə, (012) 590-72-03 və (051) 571-03-11, (055) 233-22-34 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.