Müqtəda əs-Sədr tərəfdarlarına bir saat VAXT VERİB

 30-08-2022

Sədr Hərəkatının başçısı, İraqın nüfuzlu şiə lideri Müqtəda əs-Sədr tərəfdarlarına müraciət ünvanlayıb.

Müqtəda əs-Sədr tərəfdarlarına parlamentin qarşısını tərk etmək üçün bir saat vaxt verib.

Şiə lideri onun müraciətinə məhəl qoyulmayacağı təqdirdə tərəfdarlarından üz çevirəcəyini qeyd edib. 

Müqtəda əs-Sədr həmçinin İraq xalqından ölkədə baş verən iğtişaşlara görə üzr istəyib.

Mənbə: TASS

Bənzər yazılar

0.29418802261353