Maykl Cekson “Qum adamı” filmində çəkilmək İSTƏYİBMİŞ

 30-08-2022

İngilis yazıçısı Nil Geyman mərhum müğənni Maykl Ceksonun “Qum adamı” komikslər silsiləsinin ekran versiyasında iştirak etmək istədiyini bildirib.

“1996-cı ildə məni “Warner Bros”a gətirdilər. Orada şirkətin o vaxtkı prezidenti mənə dedi ki, Maykl Cekson onlara zəng edərək “Qum adamı” filmində Morfey rolunda oynamağın mümkün olub-olmadığını soruşub. Ümumiyyətlə, filmin adaptasiyasına maraq çox yüksək idi”, - deyə yazıçı bildirib.

“Warner Bros” hələ 90-cı illərin sonlarında komiks əsasında film çəkməyi planlaşdırsa da, Geymanı layihənin ssenarisi qane etməyib. Yazıçı mətnləri şəxsən mətbuatla bölüşüb və layihə tənqidlərə görə dayandırılıb.

Daha sonra filmin adaptasiyası üzərindəki hüquqları “Netflix” əldə edib və serialın premyerası 2022-ci ildə baş tutub.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.913987159729