Gürcüstana səyahətlə bağlı sığorta tələbi: Qiymətlər nə qədərdir? - CƏDVƏL

 30-05-2024

Sabahdan, yəni iyunun 1-dən etibarən Azərbaycan vətəndaşları da daxil olmaqla Gürcüstan ərazisinə xarici vətəndaşların girişinin yalnız səfər sığortası ilə mümkün olacağı deyilir.

Bir sıra sığorta şirkətləri mövcud tələbi təsdiqləyib.

Bildirilir ki, sığortanın olmamasına görə vətəndaşlara 300 lari (186 manat) cərimə tətbiq ediləcək.

Bununla bağlı olaraq “Ölkə.Az” yerli sığorta şirkətlərinin səyahət sığortası məhsulları, bu məhsullar üzrə sığorta haqqı və ödənişi məbləğlərini araşdırıb.

Aşağıdakı cədvəldən sığorta şirkətlərinin Gürcüstana səfər üzrə sığorta təklifləri ilə tanış ola bilərsiniz:

Qeyd edək ki, sığorta şirkətləri tərəfindən səfər sığortası təklif edilərkən minimum gün müəyyən edilir və bir günlük səyahətdə belə həmin məbləğ tətbiq edilir. Sığorta şirkətləri üzrə təyin olunan minimum günlər isə belədir:

  • “Atəşgah Sığorta” ASC - 5 gün
  • “İpək Yolu Sığorta” ASC - 3 gün 
  • “Azərbaycan Sənaye Sığorta” ASC - 3 gün
  • “Qala Sığorta” ASC - 3 gün
  • “Xalq Sığorta” ASC - 4 gün
  • “Paşa Sığorta” ASC - 2 gün

“A-Qroup Sığorta”, “AtaSığorta” və “Meqa Sığorta” ASC tərəfindən 1 günlük sığorta haqqı hesablanıb.

Onu da qeyd edək ki, bəzi sığorta şirkətləri Gürcüstan səfirliyi tərəfindən minimum sığorta məbləği tələbinin 30 min dollara qədər artırıldığını bildirdi.

Bənzər yazılar

1.9036722183228