SOCAR BƏƏ şirkəti ilə xam neft, neft məhsullarının logistikasını müzakirə edib

 29-05-2024

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin "AD Ports Group" şirkətləri arasında xam neft, neft məhsullarının logistikası, infrastruktur layihələrində birgə iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib.

MillətinSəsi.info-nun SOCAR-a istinadən verdiyi məlumata görə, bu müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin "AD Ports Group" şirkətinin əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlığın önəmi qeyd olunub.

Tərəflər, həmçinin SOCAR və "AD Ports Group" arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Bənzər yazılar

0.38556694984436