>

“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb

 18-08-2025

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.

Yeniavaz.com Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

Belə ki, “Bravo”da qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıblar.

Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Onu da qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu il sayca 7-ci dəfədir ki, “Azərbaycan Supermarket” MMC barəsində protokol tərtib edir. Bu ilin əvvəlindən ötən dövr ərzində heç bir supermarket haqqında bu sayda protokol tərtib edilməyib.

Müəllif Elnur Əli
Mənbə Yeniavaz.com 

Bənzər yazılar

0.072041034698486