Keçmiş agenti "Qarabağ"dan ayrılacaq oyunçuya HƏDƏ-QORXU GƏLDİ!

 29-05-2024

Rusiya millisinin və "Qarabağ"ın qapıçısı Andrey Lunyovun keçmiş meneceri Anton Smirnov öz "telegram" kanalında onun "Dinamo"nun transfer siyahısına başçılıq etdiyini bildirib.

Agent açıqlayıb ki, hazırda futbolçu ilə Moskva klubu arasında danışıqlar gedir.

“Andrey Lunyov qapıçı mövqeyinə görə “Dinamo”nun siyahısında birinci yerdədir. İndi Moskva klubunda ayrılığın nə üçün baş verdiyi aydın olub" - Smirnov yazıb.

Lunyov ötən mövsüm “Qarabağ”ın heyətində 32 oyun keçirib və 40 qol buraxıb (10 "quru" oyun). Onun ağdamlılarla müqaviləsi 2025-ci ilin iyun ayına kimi qüvvədədir.

Smirnovun sosial şəbəkədə belə bir xəbər paylaşması təsadüfi deyil. Baxmayaraq ki, 32 yaşlı təqribən 10-12 gün öncə onunla əməkdaşlığa birtərəfli qaydada son qoyub.

Sözügedən menecer keçmiş tərəfdaşının bu addımı ilə razı deyil və reallıqla barışmır. O, Lunyova görüşməyə və danışmağa bir neçə dəfə cəhd göstərib, müvəffəq olmayıb.

Amma müxtəlif şəxslər vasitəsilə mesaj göndərərək bildirib ki, “Dinamo“ya elə-belə gedə bilməz, mütləq agent pulu ödəməlidir.

Qapıçıya hədə-qorxu gəlib ki, bu keçiddən ona müəyyyən məbləğ çatmasa, sakit olmayacaq, münasibətlər “başqa müstəvi“yə keçəcək.

Bəli, 1 ildir Azərbaycanda çıxış edəb rusiyalı qapıçı vətəninə dönmək üzrədir. 32 yaşlı kiper Moskva "Dinamo"su ilə danışıqlar aparır.

Bir həftədən artıqdır davam edən görüşmələr son fazadadır - tərəflər anlaşmağa çox yaxındır.

Paytaxt təmsilçisinin bu yay qapı mövqeyinə gətirmək istədiyi əsas namizəd məhz Lunyovdur. “Dinamo” ona görə 400 min dollrın üstündə illk ödəmə etməyə razıdır.

Maraq üçün qeyd edək ki, “Zenit”in sabiq “1 nömrə”sinin “Qarabağ”da qazancı 200 min avro təşkil eləyib.

Daha əvvəl Rusiya mediasında onun "Krılya Sovetov" və ya “Ximki”yə keçə biləcəyinə dair xəbər yayılıb.

İki aydan artıqdır haqqında çoxlu xəbərlər yayılan və meneceri Anton Smirnovla qalmaqallı şəkildə yollarını ayıran Andreyin "Qarabağ"la 1+1 illik müqaviləsi var.

Ağdam klubundan daha əvvəl bildirilib ki, onlar istəməyəcəyi təqdirdə, Lunyov mövsümün sonunda heç bir kluba keçə bilməz. Amma...

«Köhlən atlılar» ötən ilin yayında sıralarına qatdığı rusiyalı qapıçıya başqa komandalarla danışıqlar aparmaq icazəsi verib.

Mövsümlərarası fasilədə «Bayer»dən gəlmiş və 1+1 illik müqaviləyə imza atmış 32 yaşlı kiperin maliyyə şərtləri ilə bağlı irəli sürdüyü yeni şərtlər ondan imtinaya səbəblərin başında gəlir.

İyunun 3-də, «Zirə» ilə ölkə kubokun final matçından sonra bu xəbərin rəsmən açıqlanması nəzərdə tutulur. Bəlkə də Lunyov ona qədər düşərgəni birdəfəlik tərk elədi.

sportinfo.az

Bənzər yazılar

0.10302710533142