İki "Oskar" qazanmış bəstəkar vəfat etdi

 27-05-2024

"Uolt Disney" filmlərinin musiqi müəllifi, iki "Oskar" və üç "Qremmi" mükafatı laureatı, bəstəkar Riçard Şerman ABŞ-də vəfat edib.

Nekroloq animasiya studiyasının rəsmi saytında dərc olunub.

Qeyd edilib ki, bəstəkar 95 yaşında Los-Ancelesdəki Sedars-Sinay Tibb Mərkəzində yaşa bağlı xəstəliklər səbəbindən vəfat edib.

Xatırladaq ki, Riçard Şerman Nyu-Yorkda Rusiyadan gələn mühacir ailəsində anadan olub. O, qardaşı Robert ilə bəstələr üzərində işləyib. Qardaşlar 1964-cü ildə "Meri Poppins" filmi üçün hazırladıqları bəstələrə görə geniş şöhrət və "Oskar" qazanıblar.

Şerman həmçinin "Cəngəlliklər kitabı" (1967), "Vinni Puxun macəraları" (1977), eləcə də bir sıra digər cizgi və bədii filmlərin musiqisinin müəllifidir.

 

Bənzər yazılar

0.056391954421997