Qızının nişanı qayıtdığı üçün arvadının boğazını kəsdi - Dəhşətli cinayətin detalları - VİDEO

 24-05-2024

Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işi üzrə ilk məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror Elvin Mirzəyev təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

Zaman Zeynalov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilib. O, məhkəmədə ifadə verərkən bildirib ki, həyat yoldaşı Pərvanə Zeynalovanı Qobustan qəsəbəsində bıçaqla qətlə yetirib.

Səbəb isə hər dəfə aralarında yaranan mübahisə zamanı həyat yoldaşının mütəmadi polisə şikayət etməsi və onun ünvanına təhqiramiz ifadələr işlətməsi olub.

Sonuncu mübahisə zamanı isə həyat yoldaşının ona "sən nə kişisən?" ifadəsini işlətməsi Zaman Zeynalovu özündən çıxarıb.

Qeyd edək ki, Zaman Zeynalov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkum olunub. Ər-arvad arasında son vaxtlar yaranan mübahisələrin əsas səbəbi isə onların yenicə nişanı qayıtmış qızları ilə bağlı söz-söhbətlər olub. Zaman Zeynalov qızının nişanı qayıtmasına görə Pərvanə Zeynalovanı günahlandırıb.

Beləliklə, 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı 50 yaşlı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Zaman Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.058244943618774