Satıcılara xəbərdarlıq - Yeni beh fırıldağı peyda olub

 23-05-2024

Bank kartlarından kiber üsullarla oğurluqlar ötən gün 22 fakt olub.

Bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkədə qeyd edib.

"Feysbukda "aşağı faizli kredit"-lə 7290, "kartınıza müdaxilə var, bankdandır, sığorta edilməsi" ilə 7186, satışa qoyulan boks ələcəyini almaq üçün "beh" göndərilməsi ilə 5180 manat olmaqla vətəndaşların bank kart məlumatları aldadılıb alınmaqla pulları oğurlanıb.

Digər faktlar üzrə məbləğlər - 1240, 1500, 155, 1500, 418, 850, 1200, 238, 21, 75, 1790, 712, 455, 2999, 2000, 900, 1640, 42, 200 manat təşkil edib. Aldatma tələləri fərqli olsa da, oğurluqlar eyni kiber üsullarla tördilib".

 

Bənzər yazılar

0.13428401947021