Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan köhnə avtomobilində Türkiyə üçün yardım aparan azərbaycanlını mükafatlandırdı

 23-05-2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan köhnə avtomobilində ölkədəki dəhşətli zəlzələdən zərərçəkənlərə humanitar yardım aparan azərbaycanlı Sərvər Bəşirliyə "Sədaqət Mükafatı" (Vəfa Ödülü) verildiyini elan edib.

AZƏRTAC xəbər verir ki, 2023-cü ilin fevral ayında Azərbaycan sakini qardaş ölkədə təbii fəlakət zonasının sakinləri üçün yardım aparan ilk şəxslərdən biri olub. Daha sonra o, Türkiyənin Adıyaman şəhərində xilasetmə əməliyyatında şəxsən iştirak edib.

Ankarada Prezident Kompleksində keçirilən mükafatlandırma mərasimində çıxış edən Türkiyə lideri bildirib ki, dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan yaxşı insanların üzərində dayanır.

Qeyd edək ki, Sərvər Bəşirli bu il Türkiyənin "Sədaqət Mükafatı"na layiq görülən iki əcnəbidən biri olub.

Bənzər yazılar

0.23665308952332