Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi

 20-05-2024

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın "Kovrovets" minaaxtaran gəmisini məhv edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna HDQ-nin mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb.

Qeyd olunub ki, gəmi gecə saatlarında zərərsizləşdirilib.

Xatırladaq ki, martın 5-də Ukrayna Silahlı Qüvvələri Rusiyanın dəyəri 60 milyon dollardan artıq olan "Sergey Kotov" gəmisini zərərsizləşdirmişdi.

Bənzər yazılar

0.14337515830994