Siyavuş Novruzov “TV Müsavat”ın efirində cərimələrdən söz açıb.
MillətinSəsi.İnfo xəbər verir ki, Milli Məclisin YAP-çı deputatı deyib:
“Bir həftə öncə Mir Mövsüm Ağanın ziyarətgahına gedirdim. Qarşı tərəfdə gedən avtomobilin sürücüsü əriyi yeyir, tumunu da pəncərədən yola atırdı. Maşını saxlada bilmədim, içində qadın, uşaq da var idi, olmasaydı, saxlatdırıb bir-iki kəlimə söz deyəcəkdim. Tumu atırsan, o biri maşının təkərindən çıxıb, digərinin şüşəsinə dəyə bilər, sürücü çaşıb qəza törədər.
Yaxud biri “Redbull” içib, dəmir qabını maşın yoluna atır. Maşınına qoy, zibil qabına çatanda atarsan. Belində daşımırsan ki. Cərimələr bu cür insanlardan ötrüdür və əvvəl də var idi. Lakin statistika göstərdi ki, insanlar riayət etmirlər.
Cərimələrin artırılması məhz bununla bağlıdır ki, artsa, insanlar riayət etməyə çalışacaqlar. Cərimələr minimum əməkhaqqı və digər məsələlərlə ölçülmür, sırf vətəndaşın törətdiyi əməllə ölçülür. Deyirik ki, avtobus yoluna çıxma. Oturmusan maşında, kondisionerin var, rahat gedirsən. Avtobusda isə 40 nəfər minib. Sən 40 nəfərin hüququnu pozub, onun yolu ilə getməlisən?! Hesablasan, qanunu pozduğuna görə 40 nəfərin hərəsinə 15 qəpik cərimə düşür”.