Odessadan 120 azərbaycanlı təxliyə edilir

 02-03-2022

“Odessadan 100-120 nəfər azərbaycanlı təxliyə olunur. Onlar hazırda Moldova sərhədinə doğru yola düşüblər”.

Bu barədə  Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev məlumat verib.

O bildirib ki, hazırda 2 nəqliyyat vasitəsi soydaşlarımızın daşınması üçün ayrılıb:

“İki mikroavtobus və bir avtobusla aralarında azyaşlıların da olduğu təxminən 120 azərbaycanlı bu gün Moldova sərhədinə doğru yola salınıb. Onları diaspor nümayəndələri müşayiət edir. Sabah da təxliyə ilə bağlı prosesləri davam etdirəcəyik”.

Bənzər yazılar

0.23678803443909