Adil Əliyev ölkəmizə medalla qayıdan idmançılarla GÖRÜŞÜB

 22-08-2022
"V İslam Həmrəyliyi Oyunlarından ölkəmizə medalla qayıdan Azərbaycan Kikboksinq Federasiyasının idmançıları ilə görüşdük".
 
MillətinSəsi.info xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bildirib.
 
"Dövlət başçısı tərəfindən idmana ayrılan yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır. Bu gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşərək, onlara gələcək fəaliyyətində uğurlar arzu etməsi, ölkə rəhbərliyinin idmançılarımıza verdiyi yüksək qiymətin, dəyərin əyani sübutdur.
 
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında kikboksinqdən ibarət millimiz 3-ü qızıl, 5-i gümüş, 7-si bürünc olmaqla İslamiadadan 15 medalla Vətənə qayıtdılar. Bütün idmançılarımızı qazandıqları qələbələr münasibətilə səmimi qəlbdən təbrik edir, peşəkar karyeralarında uğurlar arzu edirəm", - deyə Adil Əliyev  qeyd edib.

Adil Əliyev ölkəmizə medalla qayıdan idmançılarla görüşdü - FOTO

Bənzər yazılar

0.21304297447205