"Bu mağaza ilə bağlı yüzlərlə minlərlə şikayət var və bunları görüb bilib yenə də ordan alış veriş edən şəxsləri anlamıram da mən... Hələ yalandan bir kampaniya keçirsinlər... mağaza ağzına kimi insan olur, sonra da şikayət edirlər ki, xarab çıxdı, belə oldu, elə oldu... Bu qədər şikayət görüb bilərəkdən yenə "Kontakt Home"dan mal alanları elə yaxşı edib aldadırlar..."
Bəli, bu ifadələr bu gün barəsində ən çox şikayət olunan mağazalar şəbəkəsindən - "Kontakt Home"dan giley edən müzakirələrdə yer alıb.
MillətinSəsi.info bildirir ki, bu qəbildən olan şikayətlər yetərincədir və bu şikayətlərlə az qala hər gün rastlaşırıq. Amma nədənsə sözügedən şəbəkənin başbilənləri özlərinə çəki-düzən verməyi məqsəd etmiş kimi görünmürlər. Burada hətta bir özbaşınalıq ab-havası da mövcuddur desək, yanılmarıq...
"Kontakt Home" qurbanlarının müzakirələrinin bəziləri...
Hər halda başında deputat Elnur Allahverdiyevin dayandığı bu şəbəkəyə artıq dövlətin gərəkən müdaxiləsi zərurətə çevrilib.
Əks halda, "Kontakt Home" öz arxasında böyük bir narazı ordusu formalaşdırmaqda davam edəcək. Bunun isə dövlətə faydası yox, zərəri var.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
Mənbə dia.az