Ukrayna və Rusiya arasında əsir mübadiləsi baş tutdu

 24-03-2022

“Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi aparılıb”.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Ukraynanın nəzarət olunmayan ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib:

"Bu gün prezident Vladimir Zelenskinin göstərişi ilə hərbi əsirlərin ilk tam hüquqlu mübadiləsi baş tutub. Həmçinin Odessa yaxınlığında batmış gəmidən xilas etdiyimiz 11 rusiyalı mülki dənizçini Rusiya tərəfinə göndərdik. Bu mübadilə nəticəsində Zmeyinı adası yaxınlığında əsir götürülmüş “Sapfir” gəmisinin 19 ukraynalı mülki dənizçisini də geri aldıq”, - deyə o bildirib.

Nazir qeyd edib ki, “Sapfir” xilasedici gəmisi də tezliklə Ukraynaya qaytarılaraq Türkiyə limanına çatdırılacaq. Nazirin sözlərinə görə, mübadilə “10-a 10” qaydasına əsasən aparılıb. 

Bənzər yazılar

0.29470086097717